Gündəm · Editor.az

TƏCİLİ! Rusiyanın atdığı ballistik raket Azərbaycan restoranına DÜŞDÜ: Yaralılar var

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
TƏCİLİ! Rusiyanın atdığı ballistik raket Azərbaycan restoranına DÜŞDÜ: Yaralılar var xəbəri üçün şəkil

Rusiya ordusu oktyabrın 10-u günorta saatlarında Kiyev şəhərini ballistik raketlərlə vurub.

AZƏRTAC-ın məlumatına görə, hava həyəcanı çalınandan cəmi bir neçə dəqiqə sonra Kiyevdə güclü partlayış səsləri eşidilib. Hava hücumundan müdafiə sistemi işə düşüb.

Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, zərərsizləşdirilən raketlərdən biri Obolon rayonundakı restoranlarından birinin ərazisinə düşüb, azı 6 nəfər xəsarət alıb. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.

Məlumata görə, dağıntıya məruz qalan restoran Azərbaycanın milli mətbəxi kimi tanınan “Desant” restoranı olub. Xəsarət alanlar arasında azərbaycanlıların olub-olmadığı araşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑