Gündəm · Konkret.az

Oyun başlayan kimi qol buraxdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Oyun başlayan kimi qol buraxdı | KONKRET xəbəri üçün şəkil

“Bayern Münhen”in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb.

KONKRET.az xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb.

Meydan sahibləri matçın başlamasından cəmi 8 saniyə sonra hesabı açıblar. Manuel Noyer Luis Diasın geriyə ötürməsini dəf edə bilməyib və Robin Fellhauer topu boş qapıya göndərərək Bundesliqa tarixinin ən sürətli qoluna imza atıb.

55-ci dəqiqədə İsmael Saibari Harri Keynin ötürməsi ilə hesabı bərabərləşdirib (1:1). Lakin 64-cü dəqiqədə Rodriqo Ribeyro “Auqsburq”u yenidən irəli çıxarıb. 80-ci dəqiqədə isə Nataniel Braun Keynin aşağı ötürməsini dəqiq tamamlayaraq matçın yekun hesabını müəyyənləşdirib (2:2).

Vinşen Kompaninin komandası ikinci hissədə 4 dəfə oyundankənar vəziyyətə görə qol sevinci yaşaya bilməyib, Serj Qnabrinin zərbəsi isə dirəkdən qayıdıb.

Noyerin görüş başlar-başlamaz buraxdığı qolu sizə təqdim edirik.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑