Dünya · Konkret.az

Avropaya neft tədarükündə dönüş: Saudi Aramco qərarını dəyişdi | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropaya neft tədarükündə dönüş: Saudi Aramco qərarını dəyişdi | KONKRET xəbəri üçün şəkil

Səudiyyə Ərəbistanının dövlətə məxsus neft şirkəti Saudi Aramco noyabr ayında Avropadakı neft emalı zavodlarına sifariş etdikləri xam nefti tam həcmdə çatdıracaq. 

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Məlumata görə, ən azı üç Avropa neft emalı zavoduna noyabr ayında tələb etdikləri həcmdə neftin tədarük ediləcəyi təsdiqlənib.

Tədarükün bərpası Səudiyyə Ərəbistanının əsas Şərq-Qərb neft kəmərinin fəaliyyətini yenidən bərpa etməsindən sonra mümkün olub. Kəmərin fəaliyyətində yaranan fasilələr Avropadakı neft emalı müəssisələrini alternativ xammal mənbələri axtarmağa məcbur etmişdi.

Xatırladaq ki, sentyabr ayında kəmərə edilən dron hücumlarından sonra Saudi Aramco Avropadakı neft emalı zavodlarına oktyabr ayında xam neft tədarük etməyəcəyini bildirmişdi. Bu vəziyyət Avropa alıcılarını alternativ neft mənbələrinə yönəlməyə vadar etmişdi.

Günay Əli 

KONKRET.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑