Dünya · Konkret.az

Avropa Birliyinə üzv keçmiş SSRİ ölkəsi çıxılmazda – Dərsliklərə pul tapılmır | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avropa Birliyinə üzv keçmiş SSRİ ölkəsi çıxılmazda – Dərsliklərə pul tapılmır | KONKRET xəbəri üçün şəkil

Latviyada məktəblərin dərsliklə təminatında ciddi maliyyə çatışmazlığı yaranacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, 2027-ci ildə ölkədə dərsliklərin alınmasına ayrılan dövlət vəsaitinin 38 faiz azaldılması nəzərdə tutulur.

Belə ki, bu məqsədlə ayrılan maliyyə 9,13 milyon avrodan 5,68 milyon avroya endiriləcək.

Bundan əlavə, əvvəllər dərsliklərin alınmasına 5,5 milyon avro ayıran Avropa İttifaqı da bu istiqamətdə maliyyələşdirməni dayandıracaq. Nəticədə ümumi maliyyə azalması 61 faizə çatacaq.

Vəziyyəti çətinləşdirən digər məqam isə Latviyada “Skola2030” adlı genişmiqyaslı təhsil islahatının həyata keçirilməsidir.

İslahat çərçivəsində məktəb proqramları dəyişdirildiyindən köhnə dərsliklərdən istifadə etmək mümkün olmayacaq. Bu isə məktəblərin yeni tədris materiallarına ehtiyacını daha da artırır.\\Musavat.com

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑