Dünya · Konkret.az

40 yaşlı “Rus Tayson” öldü | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
40 yaşlı “Rus Tayson” öldü | KONKRET xəbəri üçün şəkil

“Rus Taysonu” kimi tanınan məşhur rusiyalı boksçu Denis Boytsov 40 yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə Orlov vilayətinin “Bədən tərbiyəsi və idman tədbirləri” mərkəzi məlumat yayıb.

Yaxınlarının sözlərinə görə, ağır xəsarətlər boksçunun səhhətində ciddi fəsadlar yaradıb. O, yeriyə və danışa bilmirmiş.

2015-ci ildə Berlində onun başı və əlləri ağır zədələnib, boksçu metroda huşsuz vəziyyətdə aşkar edilib.

Boytsov süni komaya salınıb və bir sıra cərrahi əməliyyatlardan keçib. Bundan sonra o, əvvəlcə Almaniyada, daha sonra isə Rusiyada uzun müddət reabilitasiya dövrü keçirib.

Boytsovun mübarizəsi uzun və çətin olub, lakin o, bu çətinliklərin öhdəsindən gələ bilməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑