Gündəm · Konkret.az

Şahbaz Şərif İlham Əliyevə zəngindən yazdı | KONKRET

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Şahbaz Şərif İlham Əliyevə zəngindən yazdı | KONKRET xəbəri üçün şəkil

Azərbaycan və Pakistan dəyişməz dostluq və strateji tərəfdaşlığa sadiq olduqlarını, həmçinin iqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlığı genişləndirərək ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək niyyətində olduqlarını təsdiqləyiblər.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığının yekunlarına dair yazıb.

“Bu gün mənim əziz qardaşım, Prezident İlham Əliyevlə səmimi telefon danışığım oldu. Biz Pakistan və Azərbaycan arasında möhkəm dostluğu və strateji tərəfdaşlığı, eləcə də güclü ikitərəfli əlaqələrimizi daha sıx iqtisadi, investisiya və ticarət əməkdaşlığına çevirmək əzmimizi təsdiqlədik”, – Şərif qeyd edib.

Pakistan lideri həmçinin vurğulayıb ki, Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılmış Pakistandakı “Asaan Khidmat” şəbəkəsinin genişləndirilməsinə hərtərəfli dəstək göstərməyə razılıq verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Şərif əlavə edib ki, telefon danışığı zamanı tərəflər regional hadisələr ətrafında fikir mübadiləsi aparıb dialoqa, sülhə və sabitliyə sadiq olduqlarını təsdiqləyiblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑