İtaliyanın “Yuventus” futbol komandası A Seriyasının 10-cu turunda “Napoli” ilə keçirəcəyi qarşılaşmaya ciddi heyət itkiləri ilə çıxacaq.
İdman.Biz “Football Italia” nəşrinə istinadən xəbər verir ki, Turin təmsilçisinin baş məşqçisi Luçano Spalletti səkkiz zədəli futbolçunun xidmətindən yararlana bilməyəcək.
Bunlar Kefren Tyuram, Manuel Lokatelli, Kenan Yıldız, Arkadiuş Milik, Fransişku Konseysau, Niko Qonsales, Zeki Çelik və Kamil Qrabaradır.
Bununla belə, komandanın heyətində müsbət xəbər də var. Yay transfer pəncərəsində “Cenoa”dan transfer edilən Ceff Ekator zədəsini sağaldaraq məşqlərə qayıdıb. Hələ “Yuventus”un heyətində rəsmi debüt etməyən hücumçu “Napoli” ilə qarşılaşma üçün açıqlanan 21 nəfərlik siyahıya daxil edilib. Onun ehtiyat oyunçular skamyasında yer alacağı gözlənilir.
Qeyd olunur ki, Qleyson Bremer və Andrea Kambyazo da start heyətində meydana çıxmayacaqları barədə məlumatlara baxmayaraq, iştirak ərizəsinə salınıblar.
Qeyd edək ki, “Yuventus” - “Napoli” qarşılaşması noyabrın 1-də Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Hər iki komandanın aktivində 14 xal var.



