Sloveniya İkinci Liqasında XIII turun qarşılaşmaları keçirilir.
Futbolpress.az xəbər verir ki, azərbaycanlı qapıçı Eldar Tağızadənin formasını geyindiyi “Bistritsa” doğma meydanda “Krşko”nu qəbul edib. Meydan sahibləri inamlı oyun nümayiş etdirərək 2:0 hesablı qələbə qazanıblar.
Qeydə alınan nəticə:
Sloveniya İkinci Liqası
XIII tur
Bistritsa – Krşko 2:0
Azərbaycanlı qolkiper Eldar Tağızadə görüşün bütün 90 dəqiqəsini meydanda keçirib. Qapısını toxunulmaz saxlayan həmyerlimiz göstərdiyi etibarlı oyunla komandasının qələbəsində mühüm rol oynayıb.
Bu nəticədən sonra “Bistritsa” xallarının sayını 23-ə çatdırıb. Komanda Sloveniya İkinci Liqasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.




