İdman · Axar.az

"Arsenal" "Liverpul"u məğlub etdi, lider oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Arsenal" "Liverpul"u məğlub etdi, lider oldu xəbəri üçün şəkil

İngiltərə Premyer Liqasının doqquzuncu turunda “Arsenal” səfərdə “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

Axar.az xəbər verir ki, “Enfild” stadionunda keçirilən görüşdə yeganə qolu 16-cı dəqiqədə Kai Haverts vurub.

Bu qələbə ilə “Arsenal” 24 xalla turnir cədvəlinin vahid lideri olub. 21 xalı olan “Mançester Siti” ikinci, 15 xalla “Liverpul” isə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Arsenal” 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa çərçivəsində “Enfild”də qələbə qazanıb. London təmsilçisi növbəti oyununu noyabrın 7-də “Hall Siti”yə, “Liverpul” isə noyabrın 8-də “Kristal Pelas”a qarşı keçirəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑