İdman · İdman.biz

Xankəndidə ilk dəfə keçirilən cüdo imtahanında 78 idmançı iştirak edib - FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xankəndidə ilk dəfə keçirilən cüdo imtahanında 78 idmançı iştirak edib - FOTO xəbəri üçün şəkil

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İdman.Biz xəbər verir ki, Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 78 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl və göy kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran iştirakçılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texniki bacarıqlarını sistemli şəkildə inkişaf etdirməyə və onların motivasiyasını artırmağa xidmət edir. Bu mərhələ həmçinin nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑