İdman · İdman.biz

Tofiq Əliyev Çində ilk podium məşqini başa vurdu - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tofiq Əliyev Çində ilk podium məşqini başa vurdu - VİDEO xəbəri üçün şəkil

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini başa vurub.

İdman.Biz xəbər verir ki, gimnast bu barədə sosial şəbəkə hesabında məşqdən video paylaşaraq məlumat verib.

“Çində ilk podium məşqimizi uğurla başa vurduq. Sabah isə son məşqimizə çıxacağıq. Komandama güvənirəm”, - deyə o bildirib.

Xatırladaq ki, batut və tamblinq üzrə dünya çempionatı noyabrın 4-dən 8-dək Çinin Nankin şəhərində keçiriləcək. Yarışda 34 ölkədən 360-dan çox idmançı mübarizə aparacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑