İdman · Azxeber.com

Dambrauskasdan 'Fənərbağça' açıqlaması

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dambrauskasdan 'Fənərbağça' açıqlaması xəbəri üçün şəkil
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Türkiyənin "Fənərbağça" klubu ilə bağlı yayılan iddialara münasibət bildirib.   AZXEBER.COM xəbər verir ki, litvalı mütəxəssis "CBC Sport"a açıqlamasında İstanbul təmsilçisinə keçəcəyi barədə məlumatların həqiqəti əks etdirmədiyini deyib.
"Fənərbağça"ya gedəcəyimlə bağlı xəbərlər reallığı əks etdirmir. Buna görə də şayiələri şərh etmək istəmirəm", - deyə o bildirib.
Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçdə "Vikinq"ə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb. Baş məşqçi hazırlıq üçün vaxtlarının az olduğunu, buna baxmayaraq, ölkəni layiqincə təmsil etməyə çalışacaqlarını vurğulayıb:
"Çempionlar Liqasında heç bir oyun asan keçmir. Hazırlaşmaq üçün vaxtımız az idi. Ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Rəqibin 14 ev oyununda məğlub olmaması və süni örtüklü meydançada oynamasını dəyişə bilmərik. Sadəcə öz oyunumuzla köklənməliyik".
Qeyd edək ki, "Vikinq" - "Sabah" qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑