İdman · İdman.biz

UEFA Serbiya millisini ağır cəzalandırdı: Azarkeşsiz oyun və 130 min avro cərimə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
UEFA Serbiya millisini ağır cəzalandırdı: Azarkeşsiz oyun və 130 min avro cərimə xəbəri üçün şəkil

UEFA Millətlər Liqasının oyunlarında azarkeşlərin yol verdiyi qayda pozuntularına görə Serbiya Futbol Federasiyasını cəzalandırıb.

İdman.Biz xəbər verir ki, Serbiya millisi növbəti ev oyununu azarkeşsiz keçirməli olacaq. Federasiyaya isə ümumilikdə 129,5 min avro məbləğində cərimə tətbiq edilib.

Sentyabrın 24-də Yunanıstan və 27-də Niderlandla keçirilən qarşılaşmalarda baş verən insidentlərə görə 89,5 min avro cərimə müəyyənləşdirilib. Bunun 50 min avrosu irqçi və ayrı-seçkilik xarakterli davranışlara, 22,5 mini yolverilməz mesajlara, 15 mini azarkeşlərin meydana daxil olmasına, iki mini isə pirotexniki vasitələrdən istifadəyə görədir.

Oktyabrın 4-də Niderlandla baş tutan görüşdən sonra federasiya əlavə 40 min avro cərimələnib. Bu məbləğin yarısı irqçi və ayrı-seçkilik xarakterli davranışlara, digər yarısı isə yolverilməz mesajlara görə tətbiq olunub.

UEFA, həmçinin Serbiya azarkeşlərinə bir səfər oyunu üçün bilet satışına ikiillik sınaq müddəti ilə şərti qadağa qoyub.

Beləliklə, Serbiya millisinin noyabrın 13-də Almaniyaya qarşı keçirəcəyi ev matçı boş tribunalar önündə baş tutacaq.

Qeyd edək ki, ardıcıl dörd məğlubiyyətlə üzləşən Serbiya yığması UEFA Millətlər Liqasının A2 qrupunda sonuncu pillədə qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑