İdman · İdman.biz

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir xəbəri üçün şəkil

İtaliyanın “Udineze” futbol komandası baş məşqçi Kosta Runyayçla yollarını ayırmaq qərarına gəlib.

İdman.Biz “Nordest24” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi “Roma”ya 2:5 hesabı ilə məğlubiyyətdən sonra alman mütəxəssisin istefasına qərar verib. Yeni baş məşqçi postunun əsas namizədi 43 yaşlı Paolo Zanettidir. O, əvvəllər “Venesiya”, “Empoli” və “Verona”nı çalışdırıb.

ANSA-nın məlumatına görə, danışıqlar ləng gedir, çünki Cino Pozzo pnevmoniya ilə xəstəxanaya yerləşdirilən atası, klubun sahibi Canpaolo Pozzonun yanındadır. Runyayçın istefası və yeni məşqçinin adı sabahdan tez açıqlanmayacaq.

Mətbuatda “Udineze”nin yeni məşqçisi kimi Françesko Kalsonanın da adı çəkilir. Komanda növbəti oyunda 6 noyabrda səfərdə “Venesiya” ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑