İspaniya futbol millisinin keçmiş müdafiəçisi Raul Albiol UEFA B məşqçi lisenziyası alıb.
İdman.Biz “CalcioNapoli24”ə istinadən xəbər verir ki, keçmiş “Napoli” və İspaniya millisi müdafiəçisi bununla məşqçiliyə doğru ilk rəsmi addımı atıb.
Albiol İtaliya Futbolçular Assosiasiyası (AIC) və İtaliya Futbol Federasiyasının (FIGC) Texniki Şöbəsinin birgə təşkil etdiyi xüsusi UEFA B kursunda iştirak edib. Kurs 13 iyulda Koverçianoda başlayıb.
Albiol “Valensiya”nın akademiyasında yetişib, “Real Madrid”, “Napoli” və “Vilyarreal”da çıxış edib.
İspaniya millisi ilə 2010-cu il dünya çempionatında, 2008 və 2012-ci illərin Avropa çempionatlarında qalib gəlib.
Müdafiəçi 2025/2026 mövsümünü İtaliyanın “Piza” komandasında keçirib. Zədələr səbəbindən Seriya A-da cəmi səkkiz oyuna çıxan Albiol müqaviləsi bitdikdən sonra iyunda klubdan sərbəst agent kimi ayrılıb.



