Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Məryəm Cavadova Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
İdman.Biz xəbər verir ki, təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq.
Yarışlara Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Dünən keçirilən yarışlarda Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kq) ölkəmizə ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, Azərbaycan Dakar-2026-da səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Dakar, Diamniadio və Sali şəhərlərində təşkil olunan Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarına noyabrın 13-də yekun vurulacaq.


.jpg)

