“Slaviya”nın baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının liqa mərhələsində qarşılaşacaqları “Sabah”ın güclü komanda olduğunu bildirib.
İdman.Biz xəbər verir ki, çexiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında Bakı klubunun inkişafından danışıb və görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb.
“Futbolun gözəlliyi ondadır ki, hər klubun öz hekayəsi var. Düşünürəm ki, “Sabah”da çalışan insanlar işlərini həqiqətən çox yaxşı görürlər. Klub yarandığı vaxtdan qısa müddət keçməsinə baxmayaraq, liqa mərhələsinə yüksəlməyi bacarıb. Bu, onlar üçün əla göstəricidir. “Sabah” çox yaxşı komandadır”, – deyə Trpişovski bildirib.
Qeyd edək ki, “Sabah” – “Slaviya” görüşü sabah saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.





