İdman · İdman.biz

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: “Sabah” təmkinli və intizamlı oynamalıdır”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Slaviya”da oynamış azərbaycanlı futbolçu: “Sabah” təmkinli və intizamlı oynamalıdır” xəbəri üçün şəkil

“Komandaların şanslarını bərabər qiymətləndirmək olar. Lakin “Slaviya” fiziki cəhətdən çox güclü komandadır və matç ərzində uzun ötürmələrdən aktiv şəkildə istifadə edir. Ön xəttində sürətli və təhlükəli futbolçular yer alıblar”.

Bu sözləri Çexiyanın “Slaviya Praqa” klubunun gənclər komandasında çıxış etmiş azərbaycanlı futbolçu Fərid Nəbiyev deyib.

Hazırda “İmişli”nin formasını geyinən yarımmüdafiəçi UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah” və “Slaviya” komandaları arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.

O, Azərbaycan çempionunun bu matçda üstünlük qazana biləcəyi məqamlara toxunub.

“Rəqibin müdafiə xəttində müəyyən boşluqlar və inamsızlıq müşahidə olunur. Düşünürəm ki, “Sabah” təmkinli və intizamlı oynamaqla həmin boşluqlardan səmərəli istifadə edərək istəyinə nail ola bilər”, - deyə o AZƏRTAC-a açıqlamasında vurğulayıb.

Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Xatırladaq ki, Fərid Nəbiyev 2017-2020-ci illərdə Çexiya təmsilçisinin akademiyasında çıxış edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑