Azərbaycan çempionu “Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, təmsilçimiz üçüncü turda Fransanın “Nanter 92” kollektivini qəbul edəcək.
Milli Gimnastika Arenasında keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” ilk turda səfərdə Litvanın “Ritas” komandasına 73:82, ikinci turda isə “Trabzonspor”a 83:100 hesabı ilə məğlub olub.
Üçüncü tur öncəsi A qrupuna dörd xalla “Trabzonspor” başçılıq edir. “Nanter 92” və “Rytas”ın hərəyə üç xalı var. “Sabah” isə iki xalla sonuncu pillədə qərarlaşıb.



