Oktyabrın 24-25-də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 5-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, B qrupunun 3-cü oyun günündə APA və MEDİA komandaları üz-üzə gəliblər.
Görüş APA-nın 6:2-lik inamlı qələbəsiylə başa çatıb.
Ulucay Akif 4, Rəşad Aslanlı 2 qolla qələbədə mühüm pay sahibi olublar.
V TUR
A qrupu
17:00 — AzTv - Əmirxeyir – 4:5
18:00 — AZƏRTAC - Veteranlar – 13:5
B qrupu
17:00 — ATV - Qaraqoyunlu – 1:3
18:00 — APA - MEDİA -6:2




