İdman · İdman.biz

“Roma” Endrik üçün yenidən hərəkətə keçdi - Mourinyo transferə qarşıdır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Roma” Endrik üçün yenidən hərəkətə keçdi - Mourinyo transferə qarşıdır xəbəri üçün şəkil

“Roma” Madrid “Real”ının hücumçusu Endriki qış transfer pəncərəsində heyətinə qatmaq niyyətindən əl çəkməyib.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, braziliyalı futbolçu Roma təmsilçisinin hücum xəttini gücləndirmək üçün əsas namizədlərindən biri olaraq qalır.

İtaliya klubunun baş məşqçisi Can Pyero Qasperini Endrikin transferində maraqlıdır. “Roma”nın futbolçu ilə bağlı yenidən müraciət etdiyi bildirilir.

Lakin transferin reallaşması asan görünmür. Endriklə “Milan” və “Aston Villa” da maraqlanır. Bundan başqa, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo hücumçunun komandadan ayrılmasını istəmir.

“Roma” mümkün uğursuzluğu nəzərə alaraq alternativ variant üzərində də işləyir. Klub Belçikanın “Brügge” komandasında çıxış edən Karlos Forbsu izləyir.

İtaliya təmsilçisi yanvar transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün hər iki futbolçunun vəziyyətini diqqətdə saxlayır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑