Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, günün ilk oyununda "Neftçi" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi "Kəpəz" "İmişli"ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.
"Neftçi" 18 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Kəpəz" (14 xal), "Şamaxı" (13 xal) və "İmişli" (10 xal) müvafiq olaraq altı, yeddi və səkkizinci sıralarda yer alıblar.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
15:00. "Şamaxı" – "Neftçi"
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı şəhər stadionu
17:30. "Kəpəz" – "İmişli"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Gəncə şəhər stadionu.
Xatırladaq ki, turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" evdə "Sabah"ı 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Zirə" (2:2) və "Qəbələ" - "Qarabağ" (0:0) görüşləri isə heç-heçə yekunlaşıb.





