“Qarabağ”ın futbolçusu Jali Muaddib karyerasını “Neftçi”də davam etdirə bilərmiş.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, “Neftçi” ötən qış 25 yaşlı vingerlə danışıqlar aparıb.
Hətta tərəflər arasında anlaşma əldə olunub. Muaddib mövsümlük 200 min dollarlıq maaşa razılıq verib. Bu prosesdə “Neftçi”nin sabiq futbolçusu İmad Fərəc vasitəçilik edib.
Lakin son anda “Qarabağ” transferə müdaxilə edib. Ağdam təmsilçisi də Muaddiblə danışıqlara başlayıb.
Futbolçu iki klub arasında seçim etməli olduğu zaman “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışını nəzərə alaraq Ağdam təmsilçisinə üstünlük və 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Muaddibin son klubu Kiprin “Omoniya” (Aradippou) komandası olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada isə “Botoşani”də çıxış edib.





