“Qarabağ” futbol komandasının sabiq yarımmüdafiəçisi Leandro Andrade üçillik fasilədən sonra Kabo-Verde millisinə çağırılıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kuboku-2027-nin seçmə mərhələsində Liberiyaya qarşı keçiriləcək iki oyun üçün yığmanın heyətinə daxil edilib.
Andrade sonuncu dəfə 2023-cü ilin noyabrında, “Qarabağ”da çıxış etdiyi dövrdə milli komandada oynayıb. O, indiyədək Kabo-Verde yığmasının heyətində yeddi matç keçirib.
Yarımmüdafiəçi cari mövsümdə “Polissya”nın heyətində bütün turnirlər üzrə 12 qarşılaşmada iştirak edib, üç qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Kabo-Verde millisi seçmə mərhələyə uğursuz başlayıb. Komanda ilk iki görüşdə Mali (1:3) və Ruandaya (1:2) məğlub olub.
Xatırladaq ki, Leandro Andrade 2026-cı ilin yayında “Qarabağ”dan “Polissya”ya keçib. O, Ağdam təmsilçisinin heyətində dörd dəfə Azərbaycan çempionu olub və iki dəfə ölkə kubokunu qazanıb.



