İdman · Teleqraf

"Mançester Yunayted" "Komo"nun müdafiəçisini transfer etmək istəyir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Mançester Yunayted" "Komo"nun müdafiəçisini transfer etmək istəyir xəbəri üçün şəkil

BAKI, 5 noyabr. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubu İtaliyanın "Komo" klubunda çıxış edən ispaniyalı mərkəz müdafiəçisi Yakobo Ramonu heyətinə qatmaq istəyir.

Teleqraf xəbər verir ki, "qırmızı şeytanlar" 21 yaşlı futbolçunu Lisandro Martinesin uzunmüddətli əvəzləyicisi kimi görür.

2025-ci ilin yayında "Real Madrid"dən 2,5 milyon avroya "Komo"ya keçən gənc müdafiəçinin göstərdiyi uğurlu çıxışdan sonra transfer dəyəri 50 milyon avroya yüksəlib. Sesk Fabreqasın rəhbərliyi altında komandanın əsas heyət üzvünə çevrilən Ramonu "Mançester Yunayted"lə yanaşı "Çelsi", "Arsenal" və "Liverpul" da yaxından izləyir.

Keçidi mürəkkəbləşdirən əsas məqam isə "Real Madrid"in müqaviləyə qoydurduğu xüsusi bənddir. İspaniya klubu futbolçunun növbəti satışından 50 faiz paya və geri alma hüququna sahibdir. Əgər Madrid təmsilçisi bu hüquqdan istifadə edərsə, Premyer Liqa klubları transfer üçün birbaşa "Real"la danışıqlar aparmalı olacaqlar.

Qeyd edək ki, "Komo" ilə 2030-cu ilə qədər müqaviləsi olan Yakobo Ramon üçün hələlik rəsmi təklif irəli sürülməyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑