İdman · İdman.biz

Ronaldinyo Batumidə lüks mənzil aldı - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ronaldinyo Batumidə lüks mənzil aldı - VİDEO xəbəri üçün şəkil

Dünya futbolunun əfsanələrindən olan braziliyalı Ronaldinyo Gürcüstanın Batumi şəhərində inşa ediləcək lüks yaşayış kompleksində mənzil sahibi olub.

İdman.Biz “News Georgia”ya istinadən xəbər verir ki, 46 yaşlı keçmiş futbolçuya mənzilin simvolik açarı təqdim edilib. Ronaldinyo həmçinin layihənin ilk alıcısı və səfiri kimi kompleksin təməlqoyma mərasimində iştirak edib.

1931-ci ildə Venesiyada yaradılan şəbəkənin lüks hotel və restoranları dünyanın bir çox ölkəsində mövcuddur. Batumidə inşa ediləcək kompleksə 100 otaqlı hotel və 70 lüks rezidensiya daxil olacaq. Layihənin tikintisinin başa çatacağı tarix və büdcəsi hələ açıqlanmayıb.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub. O, “Barselona” ilə UEFA Çempionlar Liqasını qazanıb, 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülüb. Həmçinin iki dəfə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib. Braziliyalı 2018-ci ildə peşəkar karyerasını başa vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑