İtaliyanın “Komo” klubu Çempionlar Liqasının IV turunda Fransada “Lans”ı məğlub edib – 9:1.
Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, darmadağınla üç xal qazanan A Seriyası təmsilçisi turnirin tarixinə düşüb.
“Komo” Çempionlar Liqasında əsas mərhələdə səfər matçında 9 qol vuran ilk komanda olub.
Sesk Fabreqasın rəhbərlik etdiyi kollektiv 4 turdan sonra 9 xalla 4-cü sıradadır.




