İdman · İdman.biz

Las-Veqasda dünya çempionatı: Azərbaycanın iki güləşçisi dörddəbir finala yüksəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Las-Veqasda dünya çempionatı: Azərbaycanın iki güləşçisi dörddəbir finala yüksəldi xəbəri üçün şəkil

ABŞ-ın Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin daha beş üzvü mübarizəyə qoşulub.

Bunlar Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (63 kq), Ruslan Nurullayev (77 kq), Orxan Hacıyev (87 kq) və Məzahim Mərdanovdur (130 kq).

Keçirilən görüşlərin nəticələrinə əsasən, Orxan Hacıyev və Məzahim Mərdanov rəqiblərini üstələyərək dörddəbir finala yüksəliblər.

Fərid Sadıxlı isə səkkizdəbir finala vəsiqə qazanıb.

Ayxan Cavadov və Ruslan Nurullayev ilk görüşlərində məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑