“Barselona”nın hücumçusu Lamin Yamal 2026-cı il “Qızıl top” mükafatının səsverməsində üçüncü yeri tutduqdan sonra ilk dəfə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu şəxsi Instagram hesabında paylaşım edərək gələcəkdə bu mükafatı qazanacağına inandığını ifadə edib.
“Bu da baş verəcək. Yaxşı şeylər zaman tələb edir. Getdiyim yola inanıram”, - deyə Yamal qeyd edib.
İspaniyalı futbolçu mükafatlandırma mərasimində fərqlənənləri də təbrik edib. O, bundan sonra əsas diqqətini “Barselona”nın uğurlarına yönəldəcəyini bildirib.
Qeyd edək ki, Londonda keçirilən mərasimdə “Qızıl top” mükafatına Harri Keyn layiq görülüb. Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü pillədə qərarlaşıb.
Yamal əsas mükafatı qazana bilməsə də, ardıcıl üçüncü dəfə dünyanın ən yaxşı gənc futbolçusuna verilən Kopa mükafatının sahibi olub.

