Azərbaycanlı müdafiəçi Cəlal Hüseynovun formasını geyindiyi “Petrolul” Rumıniya Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Ployeşti təmsilçisi B qrupunun 2-ci turu çərçivəsində səfərdə üçüncü liqada çıxış edən “Proqresul Spartak”ın qonağı olub.
Rəqibinə heç bir şans tanımayan qonaqlar görüşü 6:0 hesablı darmadağınla başa vurublar.
Rumıniya Kuboku
Qrup mərhələsi
Proqresul Spartak – Petrolul 0:6
Qollar: Rareş Leesku 28, 57, 88, Alexandro Bran, 32, David Parasçev 69, 85
Azərbaycanlı futbolçu matça start heyətində qoşulub və inamlı oyun nümayiş etdirib. Cəlal 73-cü dəqiqədə əvəzlənib.
Bu qələbədən sonra xal hesabını açan “Petrolul” qrupda 3 xalla dördüncü yerdə qərarlaşıb.





