İdman · Futbolpress.az

A Seriyası: “Latsio”dan darmadağın, Turində triller

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
A Seriyası: “Latsio”dan darmadağın, Turində triller xəbəri üçün şəkil

İtaliya A Seriyasında IX turun ilk oyun günü arxada qalıb.

Futbolpress.az xəbər verir ki, günün ən məhsuldar görüşündə “Latsio” səfərdə “Sassuolo”nun qonağı olub. Paytaxt təmsilçisi rəqib qapısından 6 top keçirərək 6:2 hesablı darmadağına imza atıb.

“Roma” doğma azarkeşləri önündə “Kalyari”ni qəbul edib. 6 qolun vurulduğu gərgin matçda “canavarlar” 4:2 hesablı qələbə qazanıblar. Paytaxt klubunun qollarını Emanuele Lulli, Nikkolo Pizilli, Rodriqo Mora və Donyell Malen vurublar.

Turində isə dram yaşanıb. “Torino” Çe Adamsın qolu ilə önə keçsə də, “Komo” matçın son dəqiqələrində möhtəşəm geridönüş edib. Yakobo Ramon, Niko Pas və Martin Baturinanın vurduğu ardıcıl qollarla “Komo” səfərdə 3:1 hesablı iradəli qələbə qazanıb.

Qeydə alınan nəticələr:

İtaliya A Seriyası

IX tur

Sassuolo – Latsio 2:6

Qollar: Kristian Torstvedt, 7, Salvatore Esposito, 43 – Kennet Teylor, 2, Qustav İsaksen, 13, Romano Floriani Mussolini, 16, Mattia Zakkanyi, 45+1, Tiyani Noslin, 55, 65

Roma – Kalyari 4:2

Qollar: Emanuele Lulli, 15, Nikkolo Pizilli, 21, Rodriqo Mora, 85, Donyell Malen, 87 – M’bala Nzola, 10 (pen.), Daniel Maldini, 81

Torino – Komo 1:3

Qollar: Çe Adams, 24 – Yakobo Ramon, 81, Niko Pas, 87, Martin Baturina, 90+2

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑