İdman · İdman.biz

Azərbaycan Kubokunda kobud hakim səhvi - futbolçu iki sarı vərəqə ilə meydanda qalıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Kubokunda kobud hakim səhvi - futbolçu iki sarı vərəqə ilə meydanda qalıb xəbəri üçün şəkil

Azərbaycan Kubokunun ikinci təsnifat mərhələsində keçirilən “Səbail” - “Zirə” qarşılaşmasında hakim qərarı ilə bağlı qeyri-adi hadisə yaşanıb. Meydan sahiblərinin futbolçusu Samuel Nonqoh iki sarı vərəqə almasına baxmayaraq, oyunu sona qədər davam etdirib.

İdman.Biz Sportal.az-a istinadən xəbər verir ki, kamerunlu futbolçu 68-ci və 80-ci dəqiqələrdə sarı vərəqə ilə cəzalandırılıb. Lakin matçın baş hakimi Səbuhi Bayramov ikinci xəbərdarlıqdan sonra ona qırmızı vərəqə göstərməyib.

Beləliklə, qaydalara əsasən meydandan kənarlaşdırılmalı olan Nonqoh qarşılaşmanın qalan hissəsində də komandasının heyətində oynayıb.

Qeyd edək ki, görüşün əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn “Zirə” növbəti mərhələyə yüksəlib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑