İdman · İdman.biz

“Arsenal” dördüncü liqa klubuna uduzaraq İngiltərə Liqa Kuboku ilə vidalaşıb - oyunda qeyri-adi hadisə - FOTO/VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arsenal” dördüncü liqa klubuna uduzaraq İngiltərə Liqa Kuboku ilə vidalaşıb - oyunda qeyri-adi hadisə - FOTO/VİDEO xəbəri üçün şəkil

İngiltərə Liqa Kubokunun 1/8 finalında gözlənilməz nəticə qeydə alınıb. Premyer Liqa təmsilçisi “Arsenal” dördüncü liqada çıxış edən “Flitvud Taun”a penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb.

İdman.Biz xəbər verir ki, “Flitvud” şəhərindəki “Hayberi” stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə meydan sahibləri 5:3 hesabı ilə qalib gəliblər.

“Flitvud Taun”un futbolçusu Aaron Lupalo-Bi 21-ci dəqiqədə hesabı açıb. “Arsenal”ın hücumçusu Viktor Gyökereş 50-ci dəqiqədə tarazlığı bərpa edib.

85-ci dəqiqədə London klubunun yarımmüdafiəçisi Maks Daumen qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Penaltilər seriyasında “Arsenal”ın yeganə uğursuz zərbəsinin müəllifi Bruno Gimaraynş olub. Nəticədə “Flitvud Taun” 1/4 finala yüksəlib, London təmsilçisi isə mübarizəni dayandırıb.

Qarşılaşma təkcə gözlənilməz nəticəsi ilə deyil, qeyri-adi hadisə ilə də yadda qalıb. İlk hissədə stadionun üzərində naməlum uçan obyektin görünməsi səbəbindən oyun müvəqqəti dayandırılıb.

Hakimlər briqadası və stadionun təhlükəsizlik əməkdaşları futbol meydançasının üzərində kənar uçan aparat müşahidə ediblər. Təhlükəsizlik qaydalarına uyğun olaraq, baş hakim dərhal oyunu saxlayıb və hər iki komandanın futbolçularını texniki zonaya göndərib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürdükdən və uçan obyekt stadionun ərazisini tərk etdikdən sonra qarşılaşma bərpa olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑