İdman · İdman.biz

La Liqa Mbappenin sözlərinə görə üzr istəyib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
La Liqa Mbappenin sözlərinə görə üzr istəyib xəbəri üçün şəkil

Futbol üzrə İspaniya çempionatının rəhbərliyi fransalı futbolçu Kilian Mbappenin Mao Tszedun(Çin Xalq Respublikasının ilk lideri) haqqında dediklərinin qurumun mövqeyini əks etdirmədiyini bildirib.

İdman.Biz xəbər verir ki, La Liqa rəhbərliyinin bəynatı klubun rəsmi internet kanalında dərc edilib.

Futbol qurumu açıqlamasında müxtəlif mədəniyyətlərin birgə yaşamasına və insanlar arasında birliyə önəm verdiyini vurğulayıb.

Mbappenin Mao Tszedun haqqında sözləri Çində narazılığa səbəb olub. Hadisədən sonra üç Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb. Bundan başqa, Çində La Liqa oyunlarının yayımı da dayandırılıb.

Mbappe daha sonra dediklərinə görə üzr istəyib.

Xatırladaq ki, daha əvvəl “Real”ın(Madrid) və Fransa millisinin hücumçusu onu diktator obrazında təsvir edən memlər barədə danışıb.

“Məni ən çox güldürən Çin diktatoru obrazında göstərildiyim mem oldu. Mən bundan dostlarımla ünsiyyətdə tez-tez istifadə edirəm”, – deyə futbolçu bildirib.

Bundan sonra üç Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb, Çində isə İspaniya çempionatının oyunlarının nümayişi müvəqqəti dayandırılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑