İdman · News24.az

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrıldı xəbəri üçün şəkil

Azərbaycan millisinin sabiq futbolçusu Abbas Hüseynov “Qarabağ”dan ayrılıb.

News24.az xəbər verir ki, bu barədə Ağdam klubunun əvəzedici komandasının baş məşqçisi Maksim Medvedev məlumat verib.

Onun sözlərinə görə, müdafiəçi artıq komandanın düşərgəsini tərk edib: “Abbas mənə dedi ki, artıq ikinci əvəzedici komanda ilə məşqlərə də qoşulmayacağam. O, ümumiyyətlə klubla əlaqəsini kəsib. Mənim bildiyim bu qədərdir. Digər məsələlər futbolçu ilə rəhbərlik arasındadır”.

Xatırladaq ki, Abbas Hüseynov ötən mövsüm intizamsız davranışına görə baş məşqçi Qurban Qurbanovun qərarı ilə əvəzedici heyətə göndərilmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑