“İnter”in əzəli rəqibi “Milan” üzərində qələbəsiz seriyası səkkiz qarşılaşmaya çatıb.
İdman.Biz xəbər verir ki, “neradzurri” İtaliya A Seriyasının 10-cu turunda “Milan”a 1:3 hesabı ilə məğlub olaraq uğursuz seriyanı davam etdirib.
“İnter” şəhər derbisində son qələbəsini 22 aprel 2024-cü ildə qazanıb. Həmin vaxt komanda A Seriyasında rəqibini 2:1 hesabı ilə üstələyib.
O vaxtdan keçirilən səkkiz qarşılaşmada “İnter” beş dəfə məğlub olub, üç görüş isə heç-heçə başa çatıb.
Bu məğlubiyyətlərin üçü A Seriyasında, biri İtaliya Kubokunda, digəri isə ölkə Superkubokunun finalında qeydə alınıb.
Qeyd edək ki, 10 turdan sonra “İnter” 25 xalla turnir cədvəlində ikinci, “Milan” isə 21 xalla dördüncü pillədə qərarlaşıb.





