İdman · İdman.biz

Harri Keyn “Bavariya”dakı yeni rolundan və Çempionlar Liqasını qazanmaq hədəfindən danışıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Harri Keyn “Bavariya”dakı yeni rolundan və Çempionlar Liqasını qazanmaq hədəfindən danışıb xəbəri üçün şəkil

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubunda oyun tərzinin necə dəyişdiyindən və Çempionlar Liqasını qazanmaq arzusundan danışıb.

İdman.Biz xəbər verir ki, futbolçu UEFA-nın rəsmi saytına müsahibəsində komandada qazandığı sərbəstliyin ona qol vurmaqla yanaşı, oyunun digər tərəflərində də daha fəal iştirak etmək imkanı verdiyini bildirib:

“Topla daha çox təmasda olanda oyuna daha böyük təsir göstərə bildiyimi hiss edirəm”.

“Bavariya”nın heyətində 155 matçda 152 qol vuran Keyn 2025/2026 mövsümünü titullarla başa vursa da, Çempionlar Liqasında qələbəni əsas hədəfi hesab edir.

İngiltərə millisinin kapitanı Vensan Kompaninin rəhbərliyi altında komandanın 2026/2027 mövsümündə bu məqsədə çatmaq şansını yüksək qiymətləndirib. O, nikbinliyini formalaşmış heyət və yeni transferlərlə əlaqələndirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑