İdman · İdman.biz

Ferstappen Sinqapur Qran-prisinin sıralama turunu qazandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ferstappen Sinqapur Qran-prisinin sıralama turunu qazandı xəbəri üçün şəkil

“Red Bull”un pilotu Maks Ferstappen “Formula-1” üzrə 2026-cı il mövsümünün 17-ci mərhələsi olan Sinqapur Qran-prisinin sıralama turunda qalib gəlib.

İdman.Biz xəbər verir ki, niderlandlı pilot dövrəni bir dəqiqə 31,373 saniyəyə başa vurub. “Ferrari” pilotu Şarl Lekler (+0,054) ikinci, onun komanda yoldaşı Luis Hamilton (+0,123) üçüncü nəticəni göstərib.

Şəxsi hesabın lideri, “Mercedes” pilotu Andrea Kimi Antonelli (+0,189) dördüncü, “McLaren”dən Lando Norris (+0,339) isə beşinci olub.

“Mercedes”in digər pilotu Corc Rassell güc qurğusunun dəyişdirilməsinə görə aldığı cəza səbəbindən yarışa start düzülüşünün sonundan başlayacaq.

Əsas yarış bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑