İdman · AZƏRTAC

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq xəbəri üçün şəkil

Bakı, 11 oktyabr,

Türk dövlətlərinin iştirakı ilə futbol üzrə “Türk Kuboku” təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Türk dünyası gənclərinin toplantısında məlumat verib

O bildirib ki, turnirin Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə 2 ildən bir keçirilməsi planlaşdırılır: “Gənclik və İdman Nazirliyimizlə birlikdə bu işə başlayırıq. Bu, sadəcə status dəyişikliyi deyil. Bunu başa çatdıra bilsək, gənc istedadları kəşf edəcəyik”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑