İdman · İdman.biz

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq xəbəri üçün şəkil

FIFA 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatından milyardlarla funt sterlinq gəlir əldə edib.

İdman.Biz “The Times” nəşrinə istinadən xəbər verir ki, təşkilatın bilet satışları və VIP xidmət paketlərindən qazancı təxminən 3,8 milyard funt sterlinqə (8,61 milyard manat) çatıb.

Bu, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında eyni mənbələrdən əldə edilmiş 697 milyon funt sterlinqlə müqayisədə təxminən 5,5 dəfə çoxdur.

Məlumata görə, FIFA-nın gözləntilərini üstələyən bu göstərici hələ təşkilat tərəfindən rəsmən təsdiqlənməyib. Dünya çempionatından ümumi gəlirin isə 15 milyard dollar (11,27 milyard funt sterlinq) səviyyəsində olacağı proqnozlaşdırılır.

Gəlirlərin artmasında turnirin genişləndirilməsi də rol oynayıb. İştirakçı komandaların sayının 48-ə çatdırılması və əlavə pley-off mərhələsinin tətbiqi nəticəsində oyunların sayı 64-dən 104-ə yüksəlib.

Bununla yanaşı, bilet qiymətlərinin yüksək olması FIFA-nın tənqid edilməsinə səbəb olub. İngiltərənin Futbol Azarkeşləri Assosiasiyası qiymətləri “biabırçı” adlandırıb.

Təşkilatın tətbiq etdiyi dinamik qiymət siyasəti biletlərin dəyərinin tələbatdan asılı olaraq dəyişməsinə imkan verib. Bundan başqa, FIFA-nın biletlərin təkrar satışından ümumilikdə 30 faiz komissiya aldığı bildirilir. Bəzi biletlər təkrar satış platformalarında ilkin qiymətindən dəfələrlə baha təklif olunub.

FIFA prezidenti Canni İnfantino isə təşkilatın gəlir siyasətini müdafiə edərək əldə olunan vəsaitin dünya futbolunun inkişafına yönəldildiyini vurğulayıb.

“Dünya çempionatı dörd ildən bir, cəmi bir ay ərzində keçirilir. Biz həmin bir ayda pul qazanır, növbəti mundiala qədər olan 47 ayda isə bu vəsaiti xərcləyirik. Çoxları bilmir ki, FIFA mənfəət əldə etmək məqsədi daşımayan təşkilatdır.

Bu o deməkdir ki, qazandığımız bütün gəlirləri dünyanın 211 ölkəsində futbolun təşkilinə və inkişafına yatırırıq. Onların təxminən dörddə üçündə bizim ayırdığımız maliyyə yardımı olmasa, mütəşəkkil futbol fəaliyyətini təmin etmək mümkün olmazdı. Buna görə də həmişə düzgün balans tapmağa çalışırıq”, - deyə İnfantino bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑