İdman · İdman.biz

Emre Belözoğlunun “Liverpul” matçında iştirakı ilə bağlı qərar veriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Emre Belözoğlunun “Liverpul” matçında iştirakı ilə bağlı qərar veriləcək xəbəri üçün şəkil

Türkiyənin “Fənərbağça” futbol komandasının yeni baş məşqçisi Emre Belözoğlu İngiltərənin “Liverpul” klubu ilə UEFA Çempionlar Liqasının dördüncü tur matçında komandanın başında ola bilər.

İdman.Biz “Sporx” nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssisin qarşılaşmada iştirak etməsi üçün tələb olunan bütün rəsmi prosedurlar tamamlanıb.

Belözoğlu bu gün Samandıraya gedərək futbolçularla görüşəcək. O, komandanı müvəqqəti idarə edən Dirk Kuytla da danışıqlar aparacaq.

Yeni baş məşqçi məhz bu görüşdən sonra “Liverpul”la qarşılaşmada texniki zonada yer alıb-almayacağına qərar verəcək.

Qeyd edək ki, “Fənərbağça” İsmayıl Kartalın gedişindən sonra Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzalayıb. İstanbul təmsilçisi mütəxəssisin təyinatını noyabrın 3-də rəsmən açıqlayıb.

“Fənərbağça” - “Liverpul” qarşılaşması bu gün, 4 noyabrda İstanbulda keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑