Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən dünya çempionatında zədələnən Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadənin son durumu bəlli olub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, 72 kiloqram çəki dərəcəsində çıxış idmançı sağ dizindən əməliyyat olunacaq.
Hazırda Astanada olan güləşçi Bakıya komanda ilə birlikdə qayıdacaq.
Qeyd edək ki, o, 1/8 finalda yaponiyalı Rintaro Soqabeyə 9:4 hesabı ilə qalib gəlsə də, 1/4 finalda rusiyalı Mingiyan Qoryayevə 6:7 hesabı ilə uduzub. Qarşılaşma zamanı sağ dizindən zədələnən Azərbaycan təmsilçisi görüşü başa çatdıra bilməyib.


