İdman · İdman.biz

Dörd güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dörd güləşçimiz dünya çempionatında mübarizəyə qoşulur xəbəri üçün şəkil

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha dörd yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

İdman.Biz xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə qarşılaşacaq.

63 kq-da mübarizə aparan Nihat Məmmədli təsnifat mərhələsində ABŞ təmsilçisi Xavyer Consonla üz-üzə gələcək. 87 kq çəki dərəcəsindəki İslam Abbasov isə 1/16 finalda türkiyəli Ali Cengizlə güləşəcək.

67 kq-da çıxış edən Həsrət Cəfərov ilk görüşdən azaddır.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑