İdman · İdman.biz

Cokoviç Parisdə çətin qələbə qazandı - oyun zamanı tibbi yardım aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Cokoviç Parisdə çətin qələbə qazandı - oyun zamanı tibbi yardım aldı xəbəri üçün şəkil

Serbiyalı tennisçi Novak Cokoviç Parisdə keçirilən “Masters” turnirinə qələbə ilə başlayıb. O, ilk mərhələdə Monako təmsilçisi Valentin Vaşeronu 6:7 (5:7), 7:5, 6:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, iki saat 29 dəqiqə davam edən qarşılaşmada Cokoviç altı eys edib, üç qoşa səhvə yol verib və doqquz breyk imkanından dördünü reallaşdırıb.

Vaşero isə 22 eyslə yadda qalıb. Monakolu tennisçi üç qoşa səhv edib və yeddi breyk imkanından yalnız birindən yararlanıb.

Görüşün ikinci setində Cokoviç çiynində yaranan problem səbəbindən tibbi fasilə götürməli olub. Buna baxmayaraq, serbiyalı tennisçi mübarizəni davam etdirərək geridönüş etməyi bacarıb.

Cokoviç növbəti mərhələdə avstraliyalı Rinki Hicikata ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑