“Bavariya” futbol üzrə Almaniya çempionatının beşinci turunda “Augsburq”la səfər oyununda məğlubiyyətdən xilas olub - 2:2.
İdman.Biz xəbər verir ki, qarşılaşma bu gün “Augsburq”un “VVK Arena” stadionunda keçirilib.
Meydan sahiblərinin heyətində Robin Fellhauer və Rodriqu Ribeyru fərqləniblər. “Bavariya”nın qollarını isə İsmayıl Saybari və Nataniel Braun vurublar. Hər iki məhsuldar ötürmənin müəllifi Harri Keyn olub.
Paralel keçirilən görüşdə “Bayer” səfərdə “Maynts”ı 4:3 hesabı ilə məğlub edib. Qarşılaşma “Maynts”ın “MEVA Arena” stadionunda baş tutub.
Meydan sahiblərinin heyətində Antoni Kasi dubl edib, Benedikt Hollerbax isə bir qol vurub. Qonaqlardan Robert Andrix, Patrik Şik, Carell Kuansa və Mussa Diabi fərqləniblər.
Digər oyunlarda “Union” “Elversberq”ə 1:0 hesabı ilə qalib gəlib, “Hoffenhaym” “Hamburq”a 2:3 hesabı ilə uduzub, “Ştutqart” isə səfərdə “Paderborn”u 2:0 hesabı ilə üstələyib.





