“Atletiko” futbol üzrə İspaniya La Liqasının səkkizinci turunda səfərdə “Alaves”ə 2:1 hesabı ilə qalib gəlib.
İdman.Biz xəbər verir ki, Vitoriyadakı “Mendissorrosa” stadionunda keçirilən qarşılaşmanın 33-cü dəqiqədə “Atletiko”nun müdafiəçisi Alexandro Qrimaldo hesabı açıb. İlk hissəyə əlavə olunan altıncı dəqiqədə Lukas Boye tarazlığı bərpa edib.
61-ci dəqiqədə “Alaves”in müdafiəçisi Anxel Peres meydandan qovulub. Say üstünlüyü qazanan qonaqlar 87-ci dəqiqədə Kristian Romeronun qolu ilə qələbəni təmin ediblər.
Səkkiz oyundan sonra 19 xal toplayan “Atletiko” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Alaves” isə 11 xalla altıncı yerdədir.
Növbəti turda “Atletiko” oktyabrın 17-də səfərdə “Espanyol”la qarşılaşacaq. “Alaves” isə bir gün sonra “Selta” ilə üz-üzə gələcək.
Qeyd edək ki, turun “Rayo Valyekano” – “Atletik” qarşılaşması meydan sahiblərinin azarkeşlərinin klub rəhbərliyinə etiraz olaraq meydana kənar əşyalar atması səbəbindən yarımçıq dayandırılıb.



