İdman · İdman.biz

Bakıda 17 ölkənin iştirakı ilə dünya çempionatının açılışı olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda 17 ölkənin iştirakı ilə dünya çempionatının açılışı olub xəbəri üçün şəkil

Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında 21-ci, qadınlar arasında isə 12-ci dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 17 ölkənin komandaları iştirak ediblər.

Mərasimə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, beynəlxalq federasiyanın prezidenti Aleksandr Çuprian, xarici ölkələrin müvafiq qurumlarının rəhbərləri və digər rəsmi şəxslər qatılıblar.

Kəmaləddin Heydərov çıxışında Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi sahəsində qazandığı təcrübədən danışıb. Nazir ölkədə müasir idman infrastrukturunun yaradıldığını və Azərbaycan idmançılarının mötəbər yarışlarda yüksək nəticələr qazandıqlarını qeyd edib.

“Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanınır. Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək”, - deyə nazir bildirib.

O, dünya çempionatının müxtəlif ölkələr arasında təcrübə mübadiləsinə və peşəkar əlaqələrin möhkəmlənməsinə imkan yaradacağını vurğulayıb. Kəmaləddin Heydərov kişilərlə yanaşı, qadınların da yarışda iştirakının bərabər imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib.

Rəsmi çıxışlardan sonra dünya çempionatı açıq elan olunub. Mərasimdə Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.

Ardınca hücum nərdivanı ilə qalxma növündə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑