İdman · İdman.biz

Azərbaycan millisinin futbolçusu zədədən sonra Kipr çempionatında meydana qayıdıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisinin futbolçusu zədədən sonra Kipr çempionatında meydana qayıdıb xəbəri üçün şəkil

Azərbaycan millisinin və Kiprin “Pafos” klubunun futbolçusu Murad Məmmədov zədəsini sağaldaraq yenidən meydana çıxıb.

İdman.Biz Report-a istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Kipr çempionatının yeddinci turunda “Nea Salamina” ilə keçirilən səfər oyununda iştirak edib.

Məmmədov qarşılaşmanın 70-ci dəqiqəsində Qabriel Teyşeyranı əvəzləyib. Görüş qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

Yeddi turdan sonra 12 xal toplayan “Pafos” turnir cədvəlində beşinci yeri tutur.

Qeyd edək ki, Murad Məmmədov indiyədək Kipr klubunun heyətində bir qol vurub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑