İdman · İdman.biz

Azərbaycan - Çexiya futzal oyununu italiyalı hakimlər idarə edəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan - Çexiya futzal oyununu italiyalı hakimlər idarə edəcək xəbəri üçün şəkil

Futzal üzrə dünya çempionatı-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

İdman.Biz xəbər verir ki, 12-ci qrupun qarşılaşmasının baş hakimi Kiara Perona olacaq.

Ona həmyerliləri Martina Pikkolo və Simone Zanfino kömək edəcəklər. Matçın timekeeper-i İmran Məhərrəmov, hakim-inspektoru niderlandlı Viktor van Helvoirt, UEFA nümayəndəsi isə belaruslu Andrey Medvedev olacaq.

Qeyd edək ki, Azərbaycan - Çexiya görüşü noyabrın 5-də, saat 16:00-da Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan millisi Çexiya və Latviya ilə birlikdə 12-ci qrupda mübarizə aparır. Seçmə mərhələsinin ilk oyununda səfərdə Çexiyaya 1:2 hesabı ilə məğlub olan yığmamız hələ xal qazana bilməyib. Çexiya dörd xalla qrup lideridir, Latviyanın isə birinci xalı var.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑