ABŞ Prezidenti Donald Tramp texnologiya şirkəti “Meta”nın 25 milyon dollara qədər dəyərində səhmlərini alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “RIA Novosti” maliyyə hesabatına istinadən məlumat yayıb.
Hesabata görə, Tramp avqust ayında maliyyə aktivlərinin alqı-satqısı üzrə 517 əməliyyat həyata keçirib. Ən böyük sövdələşmə “Meta” şirkətinin səhmlərinin 5 milyon dollardan 25 milyon dollaradək məbləğdə alınması olub.
“CNBC” telekanalının hesabatın təhlilinə əsasən verdiyi məlumata görə, 18 səhifəlik sənəd Trampın investisiya portfelində yüksək fəallığın davam etdiyini göstərir.
Bununla belə, avqust ayında həyata keçirilən əməliyyatların sayı iyun və iyul ayları ilə müqayisədə azalıb. Belə ki, Tramp həmin aylarda hər birində 1 000-dən çox maliyyə əməliyyatı barədə məlumat açıqlamışdı.
Bundan əvvəl Trampa yaxın şəxslərin ABŞ-nin CNN telekanalını alması barədə məlumat yayılmışdı. CNN Trampı tənqid edən media qurumlarından biri kimi tanınır.





